Mahir Emreli yenə qol vurdu - Foto

Mahir Emreli yenə qol vurdu - Foto
Futbol, Foto
301
12 İyul 2025 - 22:49

Azərbaycan milli komandasının futbolçusu Mahir Emreli "Kayzerslautern"in (Almaniya) heyətində növbəti matça çıxıb.


Supersport.Az-ın xəbərinə görə, Mahir İngiltərənin statusuna görə 4–cü liqa hesab edilən Liqa-2 təmsilçisi “Notts Kauint”yə qarşı yoxlama görüşündə  iştirak edib.


Mahir Emreli start heyətdə meydana çıxıb və 90 dəqiqə oynayıb.


Matç 4:0 hesabı ilə alman təmsilçisinin xeyrinə başa çatıb. Qollardan 3-ü ilk 10 dəqiqədə vurulub ki, onlardan da birinin müəllifi M.Emreli olub.

Digər xəbərlər