"Qarabağ" gerilədi, "Zirə" yerində saydı

Futbol
301
12 İyul 2025 - 22:03
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.
Supersport.Az xəbər verir ki, cədvəldə 501 klub yer alıb. Azərbaycan 4 təmsilçisi də siyahıda var.
Aktivində 137.25 xal olan "Qarabağ" 12 pillə geriləyib. Komanda 119-cu pillədən 131-ci yerə düşüb.
"Zirə" 95,75 xalla yerində sayıb ( 232-ci yer).
"Sabah" 76 xalla 317-ci sıradan 313-cü yerə irəliləyib.
"Araz-Naxçıvan" da (61.25 xal) 446-cı pillədən 439-cu yerə qalxıb.
İspaniya "Real Madrid"i 480 xalla liderdir. "İnter" (İtaliya) 469 xalla 2-ci, PSJ (Fransa) isə 462 xalla 3-cüdür.