"Zirə"də kəskin böhran, etiraz dalğası - Eksklüziv

"Zirə"də kəskin böhran, etiraz dalğası - Eksklüziv
Futbol, Eksklüziv
566
12 İyul 2025 - 12:17

Supersport.Az-a daxil olan növbəti məlumata görə, "Zirə" Futbol Klubunda böyük maliyyə böhranı komandanı pis vəziyyətə salıb. 


Məlumatda bildirilir ki, Azərbaycan premyer liqasında ikinci yeri tutan komandanın Müşahidə Şurasının sədri Orxan Məmmədov, prezidenti Taleh Nəsibov bu uğur, həmçinin qələbələrə görə əksər futbolçuların pul mükafatlarını və iyunun məvaciblərini verməyib və bu, kəskin etiraza səbəb olub. Buna görə klubun əsas silahlarından olan braziliyalı Rafael Utziq, eləcə də ukaynalı futbolçu Eldar Quliyev komandanı tərk edib. Halbuki bu futbolçuların klubla müqaviləsi var.


Zirə təmsilçisi rəhbərliyinin komandanı təbliğ edən medialara da borclu olduğu bildirilir.


"Zirə"dən bəzi oyunçuların da gedəcəyi, FIFA-ya şikayət edəcəyi gözlənilir.


Zirə klubunda maliyyə problemi baş məşqçi Rəşad Sadıqovu da çətin vəziyyətə salıb.


UEFA Konfrans Liqasında "Hayduk"la qarşılaşacaq "Zirə"nin zəif futbolçuları heyətinə cəlb etməyə gücü çatıb. Komandada baş verənlər Avropa yarışında biabırçı hesabların olmasına gətirib çıxara bilər.


"Zirə"nin qanalı futbolçusu Salifu Sumanı Kiyev "Dinamo"su və ya başqa kluba 1 milyon 500 min avroya satıb, maliyyə problemini qismən həll etmək istədiyi haqda Supersport.Az-a məlumat verilib.






Digər xəbərlər