"Bütün istəklərimizi futbolçulardan tələb etmək doğru çıxmaz" - Qurban Qurbanov

"Bütün istəklərimizi futbolçulardan tələb etmək doğru çıxmaz" - Qurban Qurbanov
Futbol
392
12 İyul 2025 - 01:19

Supersport.Az xəbər verir ki, Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Niderland çempionatını 6-cı pillədə bitirən "Tvente" (3:2, 1:2) klubu il keçirilən iki yoxlama oyunu barədə fikirlərini komanda saytına bildirib:


"İki yaxşı oyun alındı. Bütün futbolçularımıza 90 dəqiqə oynamaq üçün şərait yaratdıq. Yaxşı oyun fəlsəfəsi olan, güclü və intizamlı rəqiblə qarşılaşırdıq. Nəticədən çox meydanda etdiklərimiz vacib idi. Bütün istəklərimizin düzgün icra edilməsini futbolçulardan hələ tələb etməyimiz doğru çıxmaz. Səhvlər qaçılmazdır. Ancaq hər iki matçda komandamızın çıxışı gələcəyə ümid verdi. Hazırlıq dönəminin ən vacib günü idi. Oyunları zədəsiz tamamlamağımız da sevindirici məqamdır".


Digər xəbərlər