"Turan" UEFA Superkubokunun qalibini gətirdi

Futbol
409
11 İyul 2025 - 23:06
Supersport.Az xəbər verir ki, məşhur futbolçu Roberto Olabe “Turan Tovuz”a keçib.
İspaniyalı yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb.
2018-ci ildə Madrid “Atletiko”sunun heyətində UEFA Superkubokunu başı üzərinə qaldıran Olabe “Eybar”, “Alkorkon”, “Albasete”, “Deportivo”, “Estremadura”, “İbiza” klublarının formasını geyinib. 29 yaşlı futbolçu bir mövsüm Portuqaliyada legioner həyatı yaşayıb. O, “Tondela”nın heyətində 17 oyunda meydana çıxıb.