"Sumqayıt" birini göndərdi, birini gətirdi

"Sumqayıt" birini göndərdi, birini gətirdi
Futbol
302
11 İyul 2025 - 19:47

"Sumqayıt" klubuyla 26 yaşlı hücumçu Silvanus Nimeli arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. 


Serb baş məşqçi Saşa İliçin komandası Aleksa Yankoviç ilə müqavilə imzalayıb.


2025/26 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” FK daha bir futbolçunun keçidini reallaşdırıb. Komanda son olaraq Serbiyanın “Radniçki” klubunda çıxış etmiş Aleksa Yankoviç ilə 2+1 illik müqavilə imzalayıb. 25 yaşlı cinah oyunçusu “Sumqayıt” FK-nın heyətində “11” nömrəli formada çıxış edəcək.


Qeyd edək ki, Serbiya “Partizan”ının yetirməsi olan Aleksa Yankoviç adıçəkilən ölkənin “Vozdovaç”, “Çukariçki”, “Radnikçi” kimi klublarının uğurları üçün çalışıb. Yankoviç Serbiyanın U-16, U-17, U-18, U-19 və U-21 millilərində də çıxış edib.


Digər xəbərlər