"Çelye" "Sabah"ı belə çökdürdü - Video

"Sabah" bu gün Avropa Liqasının 2025/26 mövsümündə mübarizəyə başlayıb.
Supersport.Az xəbər verir ki, Azərbaycan təmsilçisi Bakıda 1-ci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində evdə "Çelye" (Sloveniya) ilə qarşılaşıb. "Sabah" "Çelye" qarşısında iki dəfə hesabda irəli çıxsa da, sonda 2:3 hesablı məğlubiyyətlə barışıb.
Bu komandalar arasında cavab oyunu isə iyulun 17-də Sloveniyada olacaq.
İki matçın cəmində üstün olan tərəf 2-ci turda AEK (Kipr) – “Partizan” (Serbiya) cütünün qalibi ilə üz-üzə gələcək. Məğlub komanda isə yoluna Konfrans Liqasında davam edəcək və "Birkirkara" (Malta) - "Petrokub" (Moldova) cütünün qalibi ilə qarşılaşacaq.
Avropa Liqası, 1-ci təsnifat mərhələsi, ilk oyunlar
10 iyul
20:00. "Sabah" (Azərbaycan) - "Çelye" (Sloveniya) - 2:3
Qollar: Pavol Şafranko, 3 (1:0); Franko Kovaçeviç, 7 (1:1); Pavol Şafranko, 18 - pen. (2:1); Franko Kovaçeviç, 48 (2:2), Hrka 90+3.
Hakimlər: Daniyar Saxi, Samat Terqeussizov, Sergey Klaçyo, Saken Baiymbet (Qazaxıstan)