"Kəpəz" iki futbolçuyla müqavilə imzaladı

"Kəpəz" iki futbolçuyla müqavilə imzaladı
Futbol
304
05 İyul 2025 - 17:57

Supersport.Az xəbər verir ki, "Kəpəz" klubu iki futbolçunu heyətinə cəlb edib.

Şakir Seyidov yenidən komandada çıxış edəcək. Futbolçu ilə iki illik müqavilə imzalanıb. 


Müdafiəçi mövqeyində oynayan Seyidov 2023/2024-cü illər mövsümündə də "Kəpəz"in şərəfini qoruyub. Həmin dövrdə "Sabah"dan icarəyə götürülmüş oyunçu "Kəpəz"də 28 matç kecirib və 1 qol vurub. 


"Kəpəz" daha bir futbolçu ilə güclənib. Portuqaliyalı Pedro Qomes kluba transfer olunub. Mərkəz müdafiəçisi mövqeyində çıxış edən Qomes ilə iki illik müqavilə imzalanıb. 


22 yaşlı oyunçunun son klubu vətənində "Boavişta" olub.



Digər xəbərlər