Dieqo Jota faciəvi şəkildə dünyasını dəyişib

Dieqo Jota faciəvi şəkildə dünyasını dəyişib
Futbol, Foto
325
04 İyul 2025 - 10:17

Supersport.Az xəbər verir ki, "Liverpool" və Portuqaliya millisinin futbolçusu Dieqo Jota, 3 iyul 2025-ci ildə İspaniyanın Zamora bölgəsində baş verən ağır avtomobil qəzasında həyatını itirib. Qardaşı Andre Silva da hadisə zamanı həlak olub.


28 yaşlı Diogo Jota, "Liverpool" forması ilə keçirdiyi 182 oyunda 64 qol vurub və komandanın bir çox uğurlarında önəmli rol oynamışdı. 2025-ci ildə UEFA Millətlər Liqasının qalibi olan Portuqaliya millisində də əsas hücumçulardan biri idi.


"Liverpool" klubu rəsmi açıqlamasında bu sözləri qeyd edib:


"Diogo yalnız istedadlı futbolçu deyil, həm də klubumuzun ailəsinin sevilən üzvü idi. Onun itkisi sözlərlə ifadə olunmayacaq qədər ağırdır".



Məlumata görə, Jotanı daşıyan Lamborghini Urus markalı avtomobil yüksək sürətlə hərəkət edərkən təkərin partlaması nəticəsində nəzarətdən çıxaraq yol kənarına çırpılıb və alışaraq yanmağa başlayıb. Hər iki sərnişin hadisə yerindəcə həlak olub.


Jota cəmi bir neçə ay əvvəl evlənmiş və üç övlad atası idi. Onun gedişi futbol ictimaiyyətində böyük sarsıntı yaradıb. Cristiano Ronaldo, Klopp, Bruno Fernandes və digər dünya ulduzları onunla vidalaşaraq duyğusal mesajlar paylaşıblar.


UEFA, Avropa oyunlarından əvvəl bir dəqiqəlik sükut elan edib.

Digər xəbərlər