Müdafiə Nazirliyi MOİK-in qarşısına hədəf qoydu

Futbol, Eksklüziv
505
04 İyul 2025 - 08:13
Supersport.Az-ın əldə etdiyi məlumata görə, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Ordu İdman Klubunun qarşısına məqsəd qoyub.
Komandanın yeni baş məşqçisi 49 yaşlı İlham Yadullayev, köməkçisi Orxan Səfiyaroğlu, qapıçı məşqçisi Etibar Tarıverdiyev təyin olunub.
Müdafiə Nazirliyi MOİK-ə maliyyəni artırıb, klubun qarşısına birinci liqanın qalibi olmaq, premyer liqaya vəsiqə qazanmaq məqsədi qoyub.
Qeyd edək ki, MOİK ötən mövsüm birinci liqada 10 komanda sırasında 6-cı olub.