"Qəbələ"də 3 illik müqavilə - Foto

Futbol, Foto
264
04 İyul 2025 - 07:05
Supersport.Az xəbər verir ki, yeni mövsümün hazırlığını davam etdirən “Qəbələ” heyətinə yeni futbolçu qatıb.
19 yaşlı qanalı sol cinah vingeri Prins Ovusu “qırmızı-qaralar”a qoşulub. O, ötən mövsümdə klubumuzun U-19 komandasının formasını geyinib. Ovusu ilə 3 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Prins ötən mövsüm U-19 Liqasının gümüş mükafatçısı olub. O, keçirdiyi 14 oyunda 11 qol və 5 assistə imza atıb.