"Sumqayıt" Sergey Yakiroviçi baş məşqçi təyin edə bilər - Eksklüziv

Supersport.Az-a daxil olan məlumata görə, Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"ı kənarlaşdıran "Dinamo Zaqreb"in keçmiş baş məşqçisi Sergey Yakiroviç Azərbaycana gəlib. Bosniyalı mütəxəssisin Bakıya təşrif buyurduğu bildirilir.
"Sumqayıt" Futbol Klubunun prezidenti Riad Rəfiyevin Sergey Yakiroviçi Azərbaycana gətirdiyi iddia olunur.
Sumqayıt klubunun yaxın günlərdə 48 yaşlı bosniyalı mütəxəssislə müqavilə imzalayacağı ehtimal edilir.
Xatırladaq ki, Çempionlar Liqasının pley-off mərhələsində "Dinamo Zaqreb" "Qarabağ"ı hər iki oyunda məğlub etmişdi: 3:0, 2:0.
Çempionlar Liqasının final mərhələsində Xorvatiya klubu Almaniyada "Bayern"ə 2:9 məğlub olduqdan sonra baş məşqçi Sergej Jakirović istefaya göndərilmişdi.
Yakiroviç son mövsüm Türkiyə Superliqasında mübarizə aparan "Kayserispor"un baş məşqçisi olub.
Bosniyalı mütəxəssis Sergey Yakiroviç bir neçə gün əvvəl İngiltərənin "Hull City" klubuyla müqavilə bağlayıb və komandanı məşqə çıxarıb.
"Sumqayıt"ın Yakiroviçi gətirib-gətirməyəcəyinə yaxın günlərdə aydınlıq gələcək.