PSJ finala çıxdı, "Qarabağ"a faydası oldu

Futbol
286
08 May 2025 - 00:54
Bu gün UEFA Çempionlar Liqasında ikinci finalçının adı müəyyənləşib.
Supersport.Az xəbər verir ki, "Arsenal" PSJ-nin qonağı olub.
Fransa klubu bu dəfə 2:1 hesablı qələbəylə finala çıxıb.
PSJ finala adladığı üçün "Qarabağ" Çempionlar Liqasında ikinci təsnifat mərhələsindən mübarizəyə başlayacaq.
Əvvəlcə "İnter" "Barselona" səddini keçərək finala vəsiqə qazanıb.
"İnter" - PSJ finalı 31 mayda Almaniyada keçiriləcək.
UEFA Çempionlar Liqası
Yarımfinal, cavab oyunu
7 may
23:00 PSJ (Fransa) - “Arsenal” (İngiltərə) 2:1
Qollar: Fabian Ruiz 27, Əşrəf Hakimi 72 - Saka 76
Vitinya 69-cu dəqiqədə penaltini qaçırıb.
İlk oyun - 1:0

