Cüdoçularımız Tiflisdə "Böyük Dəbilqə" turnirində iştirak edəcək

Cüdoçularımız Tiflisdə "Böyük Dəbilqə" turnirində iştirak edəcək
Olimpiya, Digər, Cüdo
196
14 Mart 2025 - 15:43

Beynəlxalq Cüdo Federasiyasının təqviminə əsasən, növbəti "Böyük Dəbilqə" turniri 21-23 mart tarixlərində Gürcüstanın paytaxtı Tiflis  şəhərində keçiriləcək.


Supersport.Az-ın milli qurumun mətbuat xidmətinə istinadla məlumatına görə, Azərbaycan yarışda ümumilikdə 8 çəki dərəsində 12 cüdoçu ilə (8 kişi, 4 qadın) təmsil olunacaq.


Cüdoçulara mötəbər turnirdə böyüklərdən ibarət yığmanın böyük məşqçisi Robert Kravçik, qadınlardan ibarət millinin böyük məşqçisi Saşa Herkenrat-Vimar rəhbərlik edəcək.


Yarışın ədalət təmsilçiləri arasında Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvü, “A” kateqoriyalı beynəlxalq dərəcəli hakim Nazim Umbayev də yer alacaq.


Qeyd edək ki, üç gün davam edəcək turnirdə 53 ölkədən 417 idmançı (237 kişi, 180 qadın) iştirak edəcək.  


Kişilər


-60 kq 

Hüseyn Allahyarov

Murad Muradlı


-66 kq 

Rəşad Yelkiyev 

Nazir Talıbov


-73 kq 

Rüfət Şövlətov

Qədir Hüseynov


-81 kq 

Məhərrəm İmamverdiyev 


-100 kq 

Elmar Qasımov


Qadınlar


-52 kq 

Aydan Vəliyeva


-57 kq

Fidan Əlizadə


-70 kq

Südabə Ağayeva

Günel Həsənli

Digər xəbərlər