Video: "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Araz-Naxçıvan"la davadan danışdı

Video: "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Araz-Naxçıvan"la davadan danışdı
Futbol, Eksklüziv, Video
544
09 Mart 2025 - 08:49

Supersport.Az Azərbaycan Premyer Liqasının 26-cı turunda "Araz-Naxçıvan"ı məğlub edən "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun bəzi fikirlərinin videosunu təqdim edir. "Çox qısa deyəcəm, futbolçularımı təbrik edirəm. Azarkeşlərimizə təşəkkür edirəm ki, şəhərdən kənarda olsa da, gəlib bizimlə oldular. Çox vacib üç xal əldə etdik" deyən Qurbanov, "Meydanda mübahisə düşdü. Bu məsələ ilə bağlı fikirləriniz necədir?" sualını cavablandırıb: "Fikir bildiriləsi bir şey yoxdur. Oyun başlayanda rəqib aqressiv idi. Sonda da aqressiya belə hadisəyə çevrildi. Futbolda olan hadisələrdir. Kütləvi atışmalar olur. İstəməzdim ki, olsun. Çox aqressiv əl-qol atmaq, hansısa ifadələr işlətmək doğru deyil. Bura futbol meydanıdır".


Digər xəbərlər