"Çox aqressiv əl-qol atmaq, hansısa ifadələr işləmək doğru deyil" - Qurban Qurbanov

Futbol
467
08 Mart 2025 - 22:50
Supersport.Az xəbər verir ki, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 26-cı turunun "Araz-Naxçıvan"la matçından sonra keçirilmiş mətbuat konfransında qələbəni şərh edib.
"Çox qısa deyəcəm, futbolçularımı təbrik edirəm. Azarkeşlərimizə təşəkkür edirəm ki, bizimlə oldular. Çox vacib üç xal əldə etdik".
"Meydanda mübahisə düşdü. Bu məsələ ilə bağlı fikirləriniz necədir?" sualını Qurbanov belə cavablandırıb:
-
"Fikir bildiriləsi bir şey yoxdur. Oyun başlayanda rəqib aqressiv idi. Sonda da aqressiya belə hadisəyə çevrildi. Futbolda olan hadisələrdir. Kütləvi atışmalar olur. İstəməzdim ki, olsun. Çox aqressiv əl-qol atmaq, hansısa ifadələr işləmək doğru deyil".
-