"Qarabağ" Naxçıvan klubunu məğlub etdi

Bu gün Azərbaycan Premyer Liqasında 26-cı tura start verilib.
Supersport.Az saytının məlumatına görə, ilk oyun günündə bir qarşılaşma keçirilib.
Turun mərkəzi matçında Bakıda "Araz-Naxçıvan" "Qarabağ"ı qəbul edib. Ağdam klubu qələbə qazanaraq 63 xalla çempionatın vahid liderliyini qoruyub. Naxçıvan təmsilçisi isə 46 xalla turnir cədvəlində üçüncüdür.
Turun digər oyunları martın 9-da və 10-da keçiriləcək.
Azərbaycan Premyer Liqası
XXVI tur
8 mart
19:00. "Araz-Naxçıvan" - "Qarabağ" 1:3
Qollar: Felipe Santos, 35 - Nəriman Axundzadə, 44, Leandro Andrade, 77, Emmanuel Adday, 90+6
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Şirmamed Mamedov, Fərid Hacıyev
Mərdəkan, "Dalğa Arena"
9 mart
15:00. “Şamaxı” - “Sabah”
17:30. “Zirə” - “Səbail”
10 mart
17:00. “Sumqayıt” - “Kəpəz”
19:30. “Neftçi” - “Turan Tovuz”