"Xəzər Lənkəran"ın keçmiş baş məşqçisi ağır vəziyyətdə xəstəxanaya aparıldı

Futbol
425
12 Fevral 2025 - 08:47
Supersport.Az-ın məlumatına görə, "Fenerbahçe", "Xəzər Lənkəran"ın keçmiş baş məşqçisi Oğuz Çetinin səhhətində ciddi problem yaranıb.
Türkiyə milli komandasının sabiq futbolçusu, 61 yaşlı mütəxəssis beynində qan laxtalanması səbəbindən reanimasiyaya aparılıb.
Məlumatı Türkiyə mətbuatı yayıb.
O.Çetin 2013-2014-ci il mövsümündə "Xəzər Lənkəran"da çalışıb.