"Araz" xallar itirdi, "Zirə" "Neftçi"yə məğlub oldu

"Araz" xallar itirdi, "Zirə" "Neftçi"yə məğlub oldu
Futbol
344
10 Fevral 2025 - 20:53

Azərbaycan Premyer Liqasında 22-ci tur davam edib.


Supersport.Az saytının məlumatına görə, bu gün turun daha iki matçı keçirilib.


Əvvəlcə "Araz-Naxçıvan" "Kəpəz"i qəbul edib. Ötən tur qələbə həsrətinə son qoyan Elmar Baxşıyevin komandası bu matçın da favoriti hesab olunsa da, qalib gələ bilməyib. 


Günün digər oyununda "Zirə" "Neftçi" ilə qarşılaşıb.


Dünən start verilən tura sabah keçiriləcək bir matçla yekun vurulacaq.


Azərbaycan Premyer Liqası


XXII tur


10 fevral


16:00. “Araz-Naxçıvan” - “Kəpəz” 0:0


Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Rəhman İmami, Kamran Əliyev


Mərdəkan stadionu


19:00. “Zirə” - “Neftçi” - 1:2


Qollar: Emin Mahmudov, 89 (0:1), Ruan Renato, 90+1 (1:1), Ervin Koffi, 90+3 (1:2)


Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Müslüm Əliyev, Kamranbəy Rəhimov


Zirə İdman Kompleksinin stadionu


11 fevral


19:00. “Qarabağ” - “Səbail”


9 fevral


“Şamaxı” - “Sumqayıt” - 1:0


“Sabah” - “Turan Tovuz” - 2:1

Digər xəbərlər