Video: Şahrudinin keçmiş komandası hakimin  haqsızlığından oyunu yarımçıq qoydu

Video: Şahrudinin keçmiş komandası hakimin  haqsızlığından oyunu yarımçıq qoydu
Futbol, Video
360
10 Fevral 2025 - 02:15

Superliqanın 23-cü turunda "Qalatasaray" - "Adana Dəmirspor" matçı yarımçıq dayandırılıb.


Supersport.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Qalatasaray"ın 1-0 üstünlüyünün davam etdiyi oyunun 34-cü dəqiqəsində "Adana Dəmirspor" komandası meydandan geri çəkilib.


Məlumata görə, oyunçular kənardan klub rəhbərliyinin təlimatı ilə oyunu dayandırıblar.  "Adana Demirspor"un hakimin ədalətsiz qərarlarına etiraz olaraq, matçı boykot etdiyi bildirilir.

  

Bir müddət gözləyən "Qalatasaray"lı futbolçular da meydanı tərk ediblər.


Təxminən 25 dəqiqə sonra stadionda belə bir açıqlama verilib: "Adana Dəmirspor" komandası meydandan çəkildiyi üçün matç hakim tərəfindən yarımçıq qaldı”.


Xatırladaq ki, oyundakı yeganə qolu 12-ci dəqiqədə penaltidən "Qalatasaray"ın futbolçusu Alvaro Morata vurub.

Digər xəbərlər