Kadi yenidən "Qarabağ"da 

Kadi yenidən "Qarabağ"da 
Futbol
393
04 Fevral 2025 - 22:47

Supersport.Az-ın məlumatına görə, "Qarabağ" heyətini azarkeşlərə çox yaxşı tanış olan futbolçu ilə gücləndirib. Sabiq yarımmüdafiəçi Kadi Borges klubun sıralarına qoşulub.


28 yaşlı braziliyalı futbolçu yenidən "Qarabağ"ın uğurları üçün çalışacaq. Braziliyalı futbolçuyla 4 illik müqavilə imzalanıb.


Qeyd edək ki, 2021-22-ci illərdə "Qarabağ"da forma geyinən Kadi 75 oyunda 28 qol vurub. O, 2021/22 mövsümündə Azərbaycan çempionu və kubokunun qalibi olub.

Digər xəbərlər