PFL-i yenə tənqid etdi - Video

PFL-i yenə tənqid etdi - Video
Futbol, Eksklüziv, Video
444
02 Fevral 2025 - 23:57

Supersport.Az-a fikirlərini bildirən tanınmış jurnalist Ceyhun Rüstəmov Peşəkar Futbol Liqasını yenə tənqid atəşinə tutub. O, Azərbaycan premyer liqasının 21-ci turunda keçirilən "Zirə" - "Qarabağ" oyununda şübhəli qərar verildiyini bildirib. Epizodlardan birində Zirə klubunun futbolçusunun vurduğu topu qapının daxilində olan "Qarabağ"ın oyunçusu Patrik Andrade başla çıxarıb. Jurnalist, baş hakim Rəvan Həmzəzadənin nəyə əsasən qərar verdiyini, VAR-da həmin məqama baxılmadığını, videoçəkilişin bərbad olduğunu qeyd edib, ölkədə Goal-line texnologiyası olmamasını qabardıb.

Oyunun hakimləri Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Elçin Məsiyev, VAR-da Rauf Cabarov, AVAR-da Pərvin Talıbov, hakim-inspektor Anar Salmanov olub.


Jurnalist Peşəkar Futbol Liqasının həvəskar işini davam etdirdiyini vurğulayıb.

Digər xəbərlər