"Qarabağ" daha çox qol vura bilərdi" - Video
Supersport.Az Avropa Liqası Liqa mərhələsinin 5-ci turunda Bakıda "Qarabağ"ı 4:1 hesabı ilə məğlub edən "Olimpik Lion"un baş məşqçisi Pyer Sajın matçından sonra keçirilən mətbuat konfransında fikirlərini videogörüntüyə çəkib.
- "Qarabağ"ın oyununu təhlükəli hesab edirsiniz?
- Bəli. İlk hissədə çoxlu təhlükəli epizodlar yaratdılar. Bunu unutmaq olmaz. Biz ikinci hissədə müdafiəni daha yaxşı təşkil etdik. Hücuma keçidlərdə üstünlüklərimiz oldu. Çətin olsa da, sonradan ardıcıl qollar vurduq.
- Sizcə, hesab oyuna görə oldu?
- Xeyr.
- Bakıdakı atmosfer, stadion haqda nə deyərdiz?
- Stadionda azarkeşlərin davranışı yaxşı idi. Oyunun gedişatına müsbət təsir edirdi.
- Hesabın oyuna görə olmadığını dediniz. Sizcə, hesab daha böyük olmalı idi, yoxsa gözləntiniz başqa idi?
- Bəli, düz anlamısınız. "Qarabağ" daha çox qol vura bilərdi. Şansları da var idi. Bu da oyunun gedişatını dəyişdirə bilərdi.