"Qarabağ" "Zirə"yə dərs keçdi, "Araz"dan növbəti qələbə

"Qarabağ" "Zirə"yə dərs keçdi, "Araz"dan növbəti qələbə
Futbol
234
10 Noyabr 2024 - 20:49

Bu gün Azərbaycan Premyer Liqasında 13-cü tur başa çatıb.


Supersport.Az saytının məlumatına görə, son oyun günündə 2 matç keçirilib.


Əvvəlcə son turların ən uğurlu iki komandası - "Araz-Naxçıvan" və "Sumqayıt" üz-üzə gəlib. Naxçıvan klubu 1 qolla qələbə qazanıb.


Bu komandalar arasında 1-ci dövrənin oyununda da Naxçıvan təmsilçisinin 1:0 hesablı qalib gəlmişdi.


Günün 2-ci matçında isə son çempion "Qarabağ" evdə "Zirə" ilə qarşılaşıb. Bu komandalar arasındakı ilk dövrədəki görüşü Ağdam klubu qələbə ilə başa vurmuşdu.

"Qarabağ" bu dəfə "Zirə"ni 4:0 hesablı məğlub edib.


Azərbaycan Premyer Liqası


XIII tur


10 noyabr


16:00. “Araz-Naxçıvan” - “Sumqayıt” 1:0

Qol: Ülvi İsgəndərov 87


Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Teymur Teymurov, Əli Əliyev


"Dalğa Arena"


19:00. “Qarabağ” - “Zirə” 4:0 

Qol: Mateus Silva 2

Hakimlər: Fərid Hacıyev, Zöhrab Abbasov, Rəhman İmami, Kamran Əliyev


Tofiq Bəhramov adına Respublika Stadionu


8 noyabr


“Neftçi” - “Şamaxı” - 2:2


9 noyabr


“Sabah” - “Kəpəz” - 2:2


“Səbail” – “Turan Tovuz” - 1:1

Digər xəbərlər