"Qarabağ" dünya reytinqində yenə gerilədi

"Qarabağ" dünya reytinqində yenə gerilədi
Futbol, Eksklüziv
359
10 Noyabr 2024 - 02:25

Supersport.Az-ın məlumatına görə, "Qarabağ" dünya klublarının reytinq siyahısında yenə geriləyib.


Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) rəsmi saytı bu məlumatı yayıb.


"Qarabağ" (167,25 xal) 12 pillə geriləyərək 72-cidir. "Bodo Qlimt" 167,5 xalla 71-cidir (+7).

"Qarabağ" "Leypsiq" (73), "Styaua" (78), "Napoli", "Ştuttqart" (80), "Tottenhem" (88), "Beşiktaş" (92), "Olimpik Lion" (100) və başqa klublardan irəlidədir.


"Fenerbahçe 34-cü, "Dinamo Zaqreb" 37-ci, "Ayaks" 43-cü, "Qalatasaray" 44-cü, "Ludoqorets" 63-cü pillədədir.


"Zirə" 94,25 xalla 18 pillə enib, 219-cu, "Sabah" 59,5 xalla 12 pillə düşərək 423-cü yeri tutub.


506 klubun olduğu siyahıda "Neftçi" yenə yoxdur.


Cənubi Azərbaycanın "Traktor"u 624-cü pillədən 468-ci yerə yüksəlib (+156).


Qeyd edək ki, reytinqdə ilk "üçlük" dəyişməyib. "Real Madrid" (414 xal) birincidir. "Mançester Siti" (386 xal) ikinci, "Bayer 04" (368 xal) üçüncü yerdədir.

Digər xəbərlər