Mahir Emreli 3-cü qolunu vurdu, komandası vidalaşdı - Foto

Futbol, Foto
770
31 Oktyabr 2024 - 08:00
Almaniyanın "Nürnberq" klubunda çıxış edən Azərbaycan millisinin hücumçusu Mahir Emreli ardıcıl 3-cü oyununda qol vurub.
Supersport.Az xəbər verir ki, 2-ci Bundesliqa təmsilçisi səfərdə Almaniya Kubokunun 1/16 finalında Bundesliqa klubu "Hofffenhaym"la qarşılaşıb.
Mahir matçın 47-ci dəqiqəsində Mahir hesabı 1:1 edib. Lakin meydan sahibləri sonradan daha bir qol vuraraq, qələbə qazanıblar.
Mahir 81-ci dəqiqədə əvəz olunub, komandası isə kubokla vidalaşıb.
Qeyd edək ki, Mahir “Nürnberq”də ardıcıl 3-cü oyununda qol vurur. O, 2-ci Bundesliqanın 9-cu və 10-cu turunda da fərqlənmişdi.