Türkiyə birinci, Azərbaycan yığması sonuncu oldu

Futbol
552
07 Oktyabr 2024 - 08:05
Supersport.Az xəbər verir ki, 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Türkiyənin Ərzurum şəhərində təşkil olunan “U-16 Türkdilli Ölkələr Turniri”ndə sonuncu yeri tutub.
Yığma Ərzurum Yüksək İrtifa Təlim-Məşq Mərkəzində Qırğızıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə beşinci yer uğrunda görüşdə qarşılaşıb. Matçın 90 dəqiqəsi qolsuz bərabərliklə yekunlaşıb. Qalibi müəyyənləşdirmək üçün penaltilər seriyasına ehtiyac duyulub. Həlledici zərbələrdə Qırğızıstan seçməsi daha dəqiq oynayaraq (4:2) qələbə qazanıb.
Türkiyə - Özbəkistan final matçının əsas vaxtı 2:2 bitib və penaltilər seriyasında türklər 4:3 hesablı qələbə qazanıblar. Gürcüstan üçüncü yer uğrunda türkmənlərə qalib gəlib: 4:3.