Video: Qurban Qurbanovun ilk məşqçisi Şaban Şirdanov futbolumuzun xilasının fərqli yolunu göstərdi
Supersport.Az-a eksklüziv açıqlamasında "Qarabağ"ın məşhur baş məşqçisi Qurban Qurbanovun ilk məşqçisi, "Zaqatala" klubunun prezidenti Şaban Şirdanov futbolumuzun xilasının fərqli yolunu göstərib. 64 yaşlı mütəxəssis hesab edir ki, problemin həllinin düzgün yolunun tapılmasında çətinlik mövcuddur.
O, buna rəğmən problemə kompleks yanaşmağın, sponsorların, təbii meydançaların, futbolçuların, məşqçilərin sayının artırılmasının vacibliyini qeyd edib.
Təcrübəli futbol adamı, çoxlarından fərqli olaraq düşünür ki, ilk növbədə uşaq futbolundan yox, peşəkar futboldan başlamaq lazımdır. Mütəxəssis yığma komandalarda, həmçinin təcrübəli oyunçuların yeniyetmə, gənclərə örnək olmasının mühüm olduğunu vurğulayıb.
Ş.Şirdanov, Azərbaycanda istedadlı futbolçuların Gürcüstandakı oyunçulardan geri qalmadığını, hətta üstün cəhətlərini qabardıb.
Mütəxəssis, uşaq futbolçuların inkişaf etdirilməsi məqsədilə layihəsinin həyata keçirildiyini və gələcəkdə effekt verəcəyini diqqətə çatdırıb.