"Tottenham" belə qalib gəldi - Video

"Tottenham" belə qalib gəldi - Video
Futbol, Video
117
22 Sentyabr 2024 - 16:07

Supersport.Az-ın məlumatına görə, İngiltərə Premyer Liqasının 5-ci turunda London təmsilçisi öz meydanında qələbə qazanıb.


"Tottenham" "Brentford"u 3:1 hesabıyla məğlub edib. London klubu 25-ci saniyədə Brayan Mbemonun qoluyla hesabda geri düşsə də, sonda qalib gəlib. Meydan sahibi komandadan Dominik Solanke (8), Brennan Conson (28), Ceyms Meddison (85) fərqlənib. "Tottenham" bu qələbədən sonra 7 xalla 10-cu pilləyə qalxıb. İlk üçlükdə "Liverpul" (5 oyun, 12 xal), "Mançester Siti" (4 oyun, 12 xal), "Aston Villa" (5 oyun, 12 xal) yer alıb.

Qeyd edək ki, sentyabrın 26-da Avropa Liqasının final mərhələsinin ilk turunda "Tottenhem" "Qarabağ"ı qəbul edəcək. Oyun Bakı vaxtilə 23:00-da başlanacaq.

Digər xəbərlər