"Qarabağ"ı qəbul edəcək "Tottenhem"dən qələbə

"Qarabağ"ı qəbul edəcək "Tottenhem"dən qələbə
Futbol
77
21 Sentyabr 2024 - 21:16

Supersport.Az-ın məlumatına görə, İngiltərə Premyer Liqasının 5-ci turunda London təmsilçisi öz meydanında qalib gəlib.

"Tottenham" "Brentford"u 3:1 hesabıyla məğlub edib. London klubu 25-ci saniyədə Brayan Mbemonun qoluyla hesabda geri düşsə də,  sonda qələbə qazanmağı bacarıb. Meydan sahibi komandadan Dominik Solanke (8), Brennan Conson (28), Ceyms Meddison (85) fərqlənib. "Tottenham" bu qələbədən sonra 7 xalla 10-cu pilləyə qalxıb. İlk üçlükdə "Liverpul" (5 oyun, 12 xal), "Mançester Siti" (4 oyun, 12 xal), "Aston Villa" (5 oyun, 12 xal) yer alıb.

Qeyd edək ki, sentyabrın 26-da Avropa Liqasının final mərhələsinin ilk turunda "Tottenhem" "Qarabağ"ı qəbul edəcək. Oyun Bakı vaxtilə 00:00-da başlanacaq.

Digər xəbərlər