İsraili işğalçı saydı, rədd etdi: "500 milyon versələr də, zalımların təklifini qəbul etmərəm"

İsraili işğalçı saydı, rədd etdi: "500 milyon versələr də, zalımların təklifini qəbul etmərəm"
Futbol
83
21 Sentyabr 2024 - 02:22

Supersport.Az-ın məlumatına görə, "Rusenborq"un futbolçusu Ole Saeter "Makkabi Hayfa"nın təklifini rədd edib. Norveçli 28 yaşlı hücumçu bunu İsrailin Fələstini işğal edərək, günahsız insanları öldürməsiylə əlaqələndirib.

"Maccabi Haifa"nın təklifini rədd etdim. Çünki məsum həyatlara son qoyan bir ölkə - İsraili təmsil etməyəcəm. Mənim dəyərlərimi heç bir pul satın ala bilməz. 500 milyon dollar təklif etsələr də, zalımların təklifini qəbul etmərəm. Hesabımda qana bulaşmış pul istəmirəm".

"Makkabi" Ole Saeterə illik 910 min dollar təklif edib.

FİFA-ya şikayət edən Fələstin İsrailin üzvlükdən kənarlaşdırılmasını tələb etsə də, beynəlxalq futbol qurumu oktyabrda məsələyə baxılacağını bildirib.

Qeyd edək ki, ötən ilin oktyabrından Fələstinin Qəzza bölgəsinə hücum edən İsrailin əsgərləri 41 min 272 insanı öldürüb, 95 min 551 nəfəri yaralayıb. Qətl edilənlərin ən azı 16 min 795-i uşaq, 11 min 378-i qadındır.



Digər xəbərlər