Qurban Qurbanov: "İmarət" stadionu daha böyük olsa, yaxşı olardı" - Video

Qurban Qurbanov: "İmarət" stadionu daha böyük olsa, yaxşı olardı" - Video
Futbol, Eksklüziv, Video
286
21 Sentyabr 2024 - 10:35

Supersport.Az Azərbaycanın 11 qat çempionu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun Ağdamda təməli qoyulan "İmarət" stadionu haqda fikirlərini videogörüntüyə alıb. Mütəxəssis hesab edir ki, Avropa yarışları üçün idman qurğusunun tutumu böyük olsa, yaxşı olardı.

"Maraqlandım. Şəkillərə də baxdım. Layihədən əvvəlcədən də xəbərim var idi. Deyəsən, əvvəlcə daha böyük tutumlu nəzərdə tutulmuşdu. Sırf futbol stadionudur. Azarkeşlər meydançaya tam yaxındır. Tutum az görünə bilər, amma rayon bölgəsi üçün öz çempionatımızda problem olmayacaq. Avroliqa oyunları üçün böyük olsaydı, yaxşı idi. Amma bunula başlamaq da pis deyil. Sevindim buna. Özü də, 2028-ci ilin axırlarına tamamlamaq istəyirlər. Aktiv iş rejimi olacaq".

Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 19-da Ağdamda "İmarət" stadionunun təməlini qoyub. İdman qurğusunun tamaşaçı tutumu 11 min 700  olacaq.

Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov iki il əvvəl Ağdamda stadionun tutumunun 30 mindən çox olacağını bildirmişdi.

Digər xəbərlər