"Neftçi"nin yola saldığı 11-ci futbolçu Qara Qarayev oldu

"Neftçi"nin yola saldığı 11-ci futbolçu Qara Qarayev oldu
Futbol
44
19 Sentyabr 2024 - 21:05

“Neftçi” futbolçusu Qara Qarayevlə yollarını ayırıb.


Supersport.Az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. Oyunçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Klub təcrübəli yarımmüdafiəçiyə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.



2023-cü ilin iyulunda transfer olunmuş Qarayev “Neftçi”nin heyətində 28 rəsmi oyun keçirib, 1 qol vurub. 



Q.Qarayev bir müddət əvvəl “Neftçi”də əvəzedici heyətə göndərilmişdi.


Xatırladaq ki, "Neftçi" bu yay Ömər Buludov, Rüfət Abbasov, Eddi İsrafilov, Reziuan Mirzov, Ataa Caber, Aqil Məmmədov, İvan Brkiç, Dieqo Valdez, Fərid Yusifli, Lukas Melano ilə də yollarını ayırıb.

Digər xəbərlər