Video: Qurban Qurbanov Redon Cicanın Avroliqada heyətdən kənarda qalmasından danışdı

Video: Qurban Qurbanov Redon Cicanın Avroliqada heyətdən kənarda qalmasından danışdı
Futbol, Video
240
17 Sentyabr 2024 - 16:01

Supersport.Az "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun Redon Cicanı Avropa Liqasında iştirak edəcək heyətə daxil etməməsiylə bağlı fikirlərini videogörüntüyə alıb. 

"Yəqin ki, Avroliqada sistemdən xəbərdarsınız. Legioner və əsas oyunçuların say məhdudiyyəti var. Ona əmək etməliyik. Siyahıya əlavə edə bilmərik artığını. Nəriman Axundzadə, Abbas Hüseynov, Musa Qurbanlı, Sadiq Məmmədzadəni siyahıdan çıxarsaq, onların əvəzinə oyunçu sala bilmərik. Bu o demək deyil ki, Cİcaya inanmırıq. Cica ola bilər bu gün rəqabətdə Juninyoya uduzur. Amma ümumən baxanda, Cica mənə lazımdır. Bir-iki oyun oynamadısa, o demək deyil ki, ondan üz döndərmişəm, inanmıram. Ona görə çox üzüldüm. Hamı başa düşməldiir. O da məni başa düşür. Nəriman və Musanı çıxarıb, onu sala bilmərəm. Çıxarsam da, yerləri boş qalacaq. Hücum xəttində dəyişiklik edə bilirəm. Ona görə Cicanı siyahıdan çıxardıq. Qalan mövqelərdə hər zonada 2 oyunçumuz qalıb. Belə oldu. Cicadan hansısa narazılığım, inamısızlığım yoxdur. Aktiv də məşq edir. İntizamlı oyunçudur. Ölkə çempionatında sıx qrafikimiz olacaq. Böyük ehtimalla şansı daha çox olacaq".

Digər xəbərlər