"Turan"ın "Sabah"a vurduğu təmiz qol sayılmadı - Video
Futbol, Eksklüziv, Video
283
16 Sentyabr 2024 - 07:54
Supersport.Az Azərbaycan Premyer Liqasının 6-cı turunda baş verən rüsvayçı məqamı videogörüntüyə alıb.
Masazırda "Turan Tovuz" oyunun son dəqiqələrində "Sabah"a 3-cü qolu vursa da, FİFA referisi Əliyar Ağayev təmiz qolu hesaba almayıb. Bu epizoda VAR-da baxılmayıb. Bununla da matçın nəticəsinə təsir edən böyük səhvə yol verilib. VAR hakimi İnqilab Məmmədov olub. Beləliklə, "Turan"ın qələbəsi əlindən alınıb. AFFA-nın yeni rəhbərliyində təmsil olunan "Sabah"a hakimlərin kömək etdiyi aşkar görünüb. Paytaxt klubunun prezidenti Maqsud Adıgözəlov İcraiyyə Komitəsinin üzvüdür. "Sabah"ın Müşahidə Şurasının üzvü Balakişi Qasımov isə AFFA-nın vitse-prezidentidir.