"Qarabağ"ın rəqibi "Tottenham" yenə məğlub oldu - Foto-Video

"Qarabağ"ın rəqibi "Tottenham" yenə məğlub oldu - Foto-Video
Futbol, Video
218
16 Sentyabr 2024 - 07:00

Supersport.Az-ın məlumatına görə, Avropa Liqasının final mərhələsində "Qarabağ"ın rəqiblərindən biri "Tottenhem" ardıcıl ikinci oyunda məğlub olub.

İngiltərə klubu bu dəfə London derbisində meydanı xalsız tərk edib. 

Dünən "Tottenham" - "Arsenal" matçında "topçular" 1 qolla qələbə qazanıb. Qalib komandanın yeganə qolunu baş zərbəsiylə braziliyalı müdafiəçi Qabriel Magalyayns 64-cü dəqiqədə vurub.


"Arsenal" 20 komanda sırasında 4 turdan sonra iki pillə irəliləyərək 10 xalla ikinci yerə yüksəlib.  "Tottenhem" isə 4 xalla üç pillə düşərək 13-cüdur.

"Mançester Siti" 12 xalla liderdir. "Nyukasl" 10 xalla üçüncüdür. 

Qeyd edək ki, sentyabrın 26-da Avropa Liqasının final mərhələsinin ilk turunda "Tottenham" - "Qarabağ" matçı keçiriləcək. 





Digər xəbərlər