Çempionlar Liqasında Türk damğası: "Barselona" məğlub oldu

Çempionlar Liqasında Türk damğası: "Barselona" məğlub oldu
Futbol
395
20 Sentyabr 2024 - 02:10

Çempionlar Liqasında Liqa mərhələsinin 1-ci turu başa çatıb.


Supersport.Az xəbər verir ki, son oyun günündə 6 matç keçirilib. Son Avropa Liqasının qalibi "Atalanta" "Arsenal"la 0:0 edib.

"Barselona" səfərdə "Monako"ya uduzub, "Atletiko" evdə "Leyptsiq"ə qalib gəlib.


"Benfika" isə səfərdə "Srvena Zvezda"nı məğlub edib. Portuqaliya təmsilçisinin hər iki qolunu türkiyəli futbolçular vurub. Matçda Kerem Aktürkoğlu və Orkun Kökçü fərqlənib.


Çempionlar Liqasının Liqa mərhələsində 2-ci turun oyunları oktyabrın 1-də başlayacaq.


20:45. "Srvena Zvezda" (Serbiya) - "Benfika" (Portuqaliya) - 1:2


Qollar: Milson, 86 - Aktürkoğlu, 9, Kökçü, 29


20:45. "Feyenoord" (Niderland) - "Bayer" (Almaniya) - 0:4


Qollar: Virtz, 5, 36, Qrimaldo, 30, Vellenreuter, 45-avtoqol.


23:00. "Atalanta" (İtaliya) - "Arsenal" (İngiltərə) - 0:0


23:00. "Atletiko" (İspaniya) - "Leypitsiq" (Almaniya) - 2:1


Qollar: Qrizmann, 28, Ximenez, 90 - Sesko, 4


23:00. "Monako" (Fransa) - "Barselona" (İspaniya) - 2:1


Qollar: Akliuçe, 16, İenixena, 71 - Yamal, 28


23:00. "Brest" (Fransa) - "Şturm (Avstriya) - 2:1


Qollar: Maqnetti, 23, Sima, 56 - Fernandeş, 45+1-avtoqol

Digər xəbərlər