"Qarabağ" Norveçdə qələbə qazandı 

"Qarabağ" Norveçdə qələbə qazandı 
Futbol
575
07 Noyabr 2024 - 23:41

Bu gün "Qarabağ" UEFA Avropa Liqasının Liqa mərhələsində 4-cü tur oyununu keçirib.


Supersport.Az saytının məlumatına görə, Ağdam klubu səfərdə Norveç "Bodo Qlimt"i ilə qarşılaşıb.


Avroliqada ilk qələbəsini qazanan "Qarabağ" çox güman ki, turnir cədvəlində bir neçə pillə irəliləyəcək.

"Bodo Qlimt" 7 xalla 9-cu pillədə qərarlaşıb.


Qurban Qurbanovun komandası 1-ci turda "Tottenhem"ə (0:3), 2-ci turda "Malmö"yə (1:2), 3-cü turda isə "Ayaks"a (0:3) məğlub olub.


"Bodo Qlimt" əvvəlcə "Portu"nu üstələyib (3:2), 2-ci turda "Union Berlin"lə heç-heçə edib (0:0), daha sonra isə "Braqa"ya qalib gəlib (2:1).


Avropa Liqası, Liqa mərhələsi


IV tur


7 noyabr


21:45. "Bodo Qlimt" (Norveç)  -  "Qarabağ" (Azərbaycan) 1:2 

Qollar: Berg 42 - Toral Bayramov 22, Abdullah Zubir 67

Hakimlər: Luis Qodinyo, Rui Teixeira, Pedro Almeida, Andre Narciso (Portuqaliya)


"Aspmira" stadionu

Digər xəbərlər