"Turan" Bayılda xallar itirdi, "Sabah" "Kəpəz"lə də bacarmadı
Azərbaycan Premyer Liqasında 13-cü turun oyunları davam edir.
Supersport.Az saytının məlumatına görə, ikinci oyun günündə daha 2 matç keçirilib.
Əvvəlcə 9-cu pillədəki "Səbail" 3-cü yerdə olan "Turan Tovuz”u qəbul edib. Birinci hissədə Bakı klubu qol vuraraq, fasiləyə üstün getsə də, Tovuz təmsilçisi ikinci taymda hesabı bərabərləşdirib.
Bu komandalar arasında 1-ci dövrənin matçında Tovuz klubu 1 qolla qələbə qazanıb.
“Səbail” son 3 turda xalsız qalıb. Ardıcıl məğlubiyyətlər Şahin Diniyevin baş məşqçi vəzifəsindən istefa verməsi ilə nəticələnib. Komandanı bu görüşə Elvin Məmmədov çıxaracaq.
Qeyd edək ki, günün digər oyununda “Sabah” öz meydanında “Kəpəz”i qəbul edib. Oyun 2:2 hesabıyla başa çatıb.
Azərbaycan Premyer Liqası
XIII tur
9 noyabr
17:00. “Səbail” - “Turan Tovuz” 1:1
Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Müslüm Əliyev, Elvin Bayramov
"ASCO Arena"
19:30. “Sabah” - “Kəpəz” 2:2
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əkbər Əhmədov
Masazır stadionu
10 noyabr
16:00. “Araz-Naxçıvan” - “Sumqayıt”
19:00. “Qarabağ” - “Zirə”
8 noyabr
“Neftçi” - “Şamaxı” - 2:2