"Qarabağ"ın futbolçusu Toral Bayramovun qolu Avroliqada seçildi
Futbol
174
08 Noyabr 2024 - 17:00
UEFA Avropa Liqasının 4-cü turunun ən yaxşı qolu müəyyənləşib.
Supersport.Az saytının məlumatına görə, bu, “Qarabağ”ın futbolçusu Toral Bayramovun "Bodo Qlimt"in qapısına vurduğu qol olub.
23 yaşlı futbolçu dünən səfər matçında (2:1) uzaq məsafədən gözəl qola imza atıb.
Namizədlər arasında Toralla yanaşı “Qalatasaray”dan Yunus Akgün, “Ayntraxt”dan Omar Marmuş və “Ludoqorets”dən Erik Markusun qolları da var idi.