"Bodo Glimt"in kapitanı Patrik Berq: "Qarabağ"la matçda çox axmaq oynadıq"
Futbol, Eksklüziv
1581
08 Noyabr 2024 - 10:29
Supersport.Az-ın məlumatına görə, Avropa Liqasının 4-cü turunda "Qarabağ"ın səfərdə "Bodo Qlimt"i məğlub etməsinə xarici mətbuatda da yer verilib. Norveç mediası Azərbaycan çempionunun rəqibinə öldürücü zərbə vurduğunu qeyd edib.
"Bodo Glimt"in kapitanı, oyunda komandasının qolunu vuran Patrik Berq Avropa yarışında ağır zərbə aldıqlarını, cəzalandıqlarını bildirib.
"Məğlubiyyətə görə çox məyusuq. Ancaq etiraf edim ki, "Qarabağ" "Bodo"dan daha yaxşı oynamaq bacarığını nümayiş etdirdi. Açıq oyunda rəqibə çox qol vura bilməməyimiz bir az ağlasığmazdır. Bu, öz günahımızdır.
Çox axmaq oynadığımızı düşünürəm. Səhvlərdən nəticə çıxarmalı, məğlubiyyətdən dərs almalıyıq".
Qeyd edək ki, "Bodø/Glimt" 7 xalla 9-cu pillədən 11-ci yerə geriləyib.