Azərbaycanın futbol yığmasında yeni adlar
Supersport.Az xəbər verir ki, Azərbaycan millisinin UEFA Millətlər Liqasında Estoniya və İsveçə qarşı keçirəcəyi oyunlar üçün heyəti məlum olub.
Yığmanın baş məşqçisi Fernandu Santuş bu gün keçirilən mətbuat konfransında iki görüş üçün milliyə dəvət etdiyi futbolçuların adlarını açıqlayıb.
Mütəxəssis heyətə 24 futbolçu çağırıb.
Qapıçılar: Nicat Mehbalıyev ("Sabah"), Rza Cəfərov ("Neftçi"), Aydın Bayramov ("Zirə").
Müdafiəçilər: Abbas Hüseynov Bəhlul Mustafazadə, Bədavi Hüseynov, Elvin Cəfərquliyev (hamısı "Qarabağ"), Amin Seydiyev ("Sabah"), Rahil Məmmədov ("Radomiak Radom", Polşa), Zamiq Əliyev ("Eqnatiya", Albaniya), Anton Krivotsyuk ("Daejeon Hana Siti", Koreya).
Yarımmüdafiəçilər: Coşqun Diniyev ("Bandırmaspor", Türkiyə), Aleksey İsayev, Toral Bayramov (hər ikisi "Qarabağ"), Xəyal Nəcəfov ("Turan Tovuz"), Ceyhun Nuriyev ("Zirə"), Mustafa Əhmədzadə ("Araz-Naxçıvan"), Səbuhi Abdullazadə ("Sumqayıt"), Emin Mahmudov ("Neftçi"), Ozan Can Kökçü (HJK, Finlandiya).
Hücumçular: Rüstəm Əhmədzadə ("Zirə"), Ramil Şeydayev ("Neftçi"), Mahir Emreli ("Nürnberq", Almaniya), Nəriman Axundzadə ("Qarabağ").