"Qarabağ" "Neftçi"ni sınağa çəkəcək

"Qarabağ" "Neftçi"ni sınağa çəkəcək
Futbol
81
20 Sentyabr 2024 - 12:11

Bu gün Azərbaycan Premyer Liqasında 7-ci tura start verilir.


Supersport.Az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.


Günün ilk matçında "Kəpəz" Tovuz şəhər stadionunda "Şamaxı"nı qəbul edəcək. Görüş saat 17:00-da başlayacaq.


Turun mərkəzi oyunu "Qarabağ" və "Neftçi" arasında olacaq. Suraxanıda keçiriləcək Azərbaycan derbisi saat 20:00-da başlanacaq.


Azərbaycan Premyer Liqası


VII tur


20 sentyabr


17:00. “Kəpəz” – “Şamaxı”

Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Kamran Bayramov, Nicat İsmayıllı.

VAR: Rauf Cabarov.

AVAR: Vüsal Məmmədov.

Hakim-inspektor: Asim Xudiyev.

AFFA nümayəndəsi: Bəhram Qurbanov.

Tovuz şəhər stadionu


20:00. “Qarabağ” – “Neftçi”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əli Əliyev.

VAR: İnqilab Məmmədov.

AVAR: Namiq Hüseynov.

Hakim-inspektor: Ramil Diniyev.

AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.

"Azərsun Arena"

Digər xəbərlər