"Qarabağ"dan Superliqa klubuna keçdi - Foto
Futbol, Foto
471
11 Sentyabr 2024 - 00:39
Supersport.Az xəbər verir ki, "Qarabağ"dan ayrılan Hamidu Keytanın yeni klubu məlum olub.
29 yaşlı fransalı vinger karyerasını Türkiyə Super Liqasında iştirak edən "Konyaspor"da davam etdirəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Keyta Konya təmsilçisi ilə 2026-cı ilin yayına kimi müqavilə imzalayıb.
2023-cü ilin yayından “Qarabağ”da çıxış edən Keyta bu müddətdə 54 matça çıxıb və 9 qol vurub. O, Premyer Liqada 31 (7 qol), kubokda 6 (2 qol), avrokuboklarda 17 oyun keçirib. Hamidu "Qarabağ"la Azərbaycan çempionu və kubokunun qalibi olub.