Amerikadakı olimpiadadan bu idman növü çıxarıldı
Supersport.Az-ın məlumatına görə, Beynəlxalq Olimpiya Komitəsi boks ictimaiyyətini qəzəbləndirən addım atıb. Bu idman növünün 2028-ci ildə Los Ancelesdə keçiriləcək Yay Olimpiya Oyunları proqramından çıxarıldığı bəyan edilib. Bu məsələylə bağlı son qərar 2025-də veriləcək.
BOK İBA-nı 2023-də tanımaqdan vaz keçərək, Paris-2024-də boks yarışını özü təşkil edib. Hər iki qurum arasında problem var. BOK İBA-nı maliyyə şəffaflığı olmamağa, pul mükafatı ayırmağa görə tənqid edərək boksu 2028-ci il olimpiadasından çıxarmağa qərar verib.
BOK tələb olunan standartlara əməl olunması durumunda bu idman növünün proqrama daxil ediləcəyini bəyan edib.
Boks 1904-cü ildən olimpiadalarda yer alıb. Ancaq 1912-də İsveçdə qanunlar səbəbindən olimpiya proqramıbdan çıxarılmışdı.