"Qarabağ"ın "Ludoqorets"lə oyunlarının vaxtı

"Qarabağ"ın "Ludoqorets"lə oyunlarının vaxtı
Futbol
810
01 Avqust 2024 - 12:27

Supersport.Az xəbər verir ki, "Qarabağ"ın Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Ludoqorets"lə oyunlarının vaxtı məlum olub. 


Azərbaycan çempionunun Bolqarıstan klubuyla ilk matçı avqustun 6-da Bakıda keçiriləcək. Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşmaya saat 20:00-da start veriləcək.

Cavab oyunu isə avqustun 13-də Bolqarıstanda baş tutacaq və Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.


"Qarabağ" iki dəfə "Ludoqorets"lə yoxlama oyununda qüvvəsini sınayıb. Azərbaycan klubu 2018-də bu rəqibiylə 1:1 edib, 2019-da 0:2 uduzub.


Qeyd edək ki, "Qarabağ" 2-ci təsnifat mərhələsində Cəbəllütariq "Linkoln"unu mübarizədən kənarlaşdırıb (səfərdə - 2:0, evdə - 5:0). 


Digər xəbərlər