"Qarabağ" rəqibinə 5 qol vurdu - Foto

"Qarabağ" rəqibinə 5 qol vurdu - Foto
Futbol, Foto
582
30 İyul 2024 - 22:00

Supersport.Az xəbər verir ki, UEFA Çempionlar Liqasındakı təmsilçimiz "Qarabağ" bu gün II təsnifat mərhələsində cavab oyununu keçirib.


Azərbaycan komandası Bakıda Cəbəllütariqin “Linkoln” kollektivini qəbul edib.


Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 20:00-da başlayıb.


"Qarabağ" 5 cavabsız qolla qalib gəlib.


Komandalar arasında Cəbəllütariqdə keçirilən ilk matçda “Qarabağ” 2:0 hesablı qələbə qazanıb.

 Ağdam klubu 11-ci dəfə Avropa yarışında qrupa düşüb. "Qarabağ" Konfrans Liqasının qrup mərhələsinə vəsiqəni təmin edib.


30 iyul

 

“Qarabağ” – “Linkoln” 5:0 

Qollar: Juninyo 17, 31, 44, Yassin Benzia 66, Leandro Andrade 72


Tofiq Bəhramov adına Respublika Stadionu. Saat 20:00


Baş hakim: Yakob Sundberq


Baş hakimin köməkçiləri: Deniz Yurdakul, Viktor Skitte


Dördüncü hakim: Yakob Karlsen


VAR hakimləri: Yonas Hansen, Yens Maae

(Hakimlər briqadası Danimarkadandır).

Digər xəbərlər