AFFA prezidenti Rövşən Nəcəf Canni İnfantino, Elxan Məmmədovla görüşdü - Foto

Futbol, Foto
493
29 İyul 2024 - 20:03
Supersport.Az xəbər verir ki, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti Rövşən Nəcəf Fransanın paytaxtı Paris şəhərinə səfəri çərçivəsində FIFA-nın prezidenti Canni İnfantino ilə görüşüb.
Görüşdə FIFA-nın baş katibi Mattias Qrafström və Avropa üzrə regional direktoru Elxan Məmmədov da iştirak ediblər.
Görüşdə Canni İnfantino Azərbaycanın ilk dəfə təşkil olunan “FIFA series” turnirinə uğurla ev sahibliyi etməsi münasibətilə təbriklərini çatdırıb.


