"Qarabağ"ın potensial rəqibləri müəyyənləşdi

Futbol
580
22 İyul 2024 - 14:10
Supersport.Az xəbər verir ki, bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.
İsveçrənin Nyon şəhərində keçirilən tədbir Bakı vaxtı ilə saat 14:00-da başlayıb.
"Qarabağ" (Azərbaycan) - "Linkoln" (Cəbəllütariq) cütünün qalibi növbəti mərhələdə "Ludogorets 1945" (Bolqarıstan) - "Dinamo Minsk" (Belarus) cütünün güclüsüylə qarşılaşacaq.
Xatırladaq ki, UEFA Çempionlar Liqasında 3-cü raundun matçları avqustun 6-7-də və 13-də keçiriləcək.