"Qarabağ" Cəbəllütariqə gedir

"Qarabağ" Cəbəllütariqə gedir
Futbol, Eksklüziv
560
22 İyul 2024 - 09:17

Supersport.Az-ın məlumatına görə, Çempionlar Liqasında ölkəmizi 10-cu dəfə təmsil edəcək 11 qat Azərbaycan çempionunu bu gün Cəbəllütariqə gedəcək.


"Qarabağ" "Linkoln"la ilk oyuna bir gün qalmış, səfərə yollanacaq. Ağdam komandasını aparacaq təyyarənin saat 11:30-da havaya qalxacağı gözlənilir.


Çempionlar Liqasının ikinci təsnifat mərhələsində Azərbaycan klubu Cəbəllütarik təmsilçisiylə iyulun 23-də Bakı vaxtilə saat 20:00-da üzləşəcək.


"Qarabağ" oyundan sonra vətənə gələcək.


Qeyd edək ki, "Qarabağ" - "Linkoln" cavab matçı isə iyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda saat 20:00-da başlayacaq.


Digər xəbərlər